')

Bu gün:


FutbolPress.Az | AFFA-dan Sercan Kaya açıqlaması

AFFA-dan Sercan Kaya açıqlaması


oxunma sayı: 264 Paylaş:

FutbolPress"Türkiyə I Liqasında mübarizə aparan "Adana Demirspor" klubunun futbolçusu Sercan Kayanın Azərbaycan milli komandasından təklif alması ilə bağlı dediklərinin heç bir əsası yoxdur". Bu barədə AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev məlumat verib.

Federasiya rəsmisi bildirib ki, hazırda Azərbaycan milli komandasında çıxış etmək üçün heç bir futbolçu ilə danışıq aparılmır. O, Sercan Kaya adlı futbolçu tanımadığını bildirib: "Belə bir məsələ olsaydı, bilərdim. Bəhs etdiyiniz türkiyəli futbolçuya biz tərəfdən təklif göndərilməyib. Onu tanımırıq".

Kaya "FourFourTwo" nəşrinə müsahibəsində Azərbaycan milli komandasından dəvət aldığını açıqlayıb. (Report)


oxunma sayı: 264 | Paylaş:




?>