')

Bu gün:


FutbolPress.Az | Şahin Diniyevin səhhəti pisləşdi

Şahin Diniyevin səhhəti pisləşdi


oxunma sayı: 167 Paylaş:

FutbolPress"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yaranıb. 51 yaşlı mütəxəssis "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra özünü pis hiss edib.

Diniyevin təzyiqi yüksəldiyi üçün təcili yardıma ehtiyac duyulub. Həkim müdaxiləsindən sonra onun səhhəti normallaşıb. Bununla belə, baş məşqçi mətbuat konfransına qatıla bilməyib. Onu köməkçisi Füzuli Allahverdiyev əvəzləyib.

"Zirə" ilə oyun "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. (Report)


oxunma sayı: 167 | Paylaş:




?>