')

Bu gün:


FutbolPress.Az | "Avropa Liqası yolunda şanslarımız itməyib" - Şahin Diniyev

"Avropa Liqası yolunda şanslarımız itməyib" - Şahin Diniyev


oxunma sayı: 126 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXII turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını başa vurub.

Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qarşıdakı matç ilə bağlı klub saytına açıqlama verib:

“Həmişə olduğu kimi bizi yenə çempionatda gərgin oyun gözləyir. “Zirə” turnir cədvəlində 4-cü pillədə qərar tutub. Rəqibimiz güclü futbolçulardan qurulmuş, formalaşmış komandadır. Hər bir xətdə yaxşı oyunçuları var. Biz evdə məğlubiyyətsiz oyunlarımızı davam etdirmək, uğurlu nəticə qazanmaq üçün meydana çıxacağıq. Mənə elə gəlir ki, Avropa Liqası yolunda şanslarımız itməyib, ona görə də bizim üçün ən çətin oyunlardan biri olacaq. Gec də olsa, sabah azarkeşlərimizi nəhayət ki, qələbə ilə sevindirməyə çalışacağıq”.


oxunma sayı: 126 | Paylaş:




?>