Bu gün:


FutbolPress.Az | Ruslan Abışovdan master-klass

Ruslan Abışovdan master-klass


oxunma sayı: 71 Paylaş:

FutbolPressIV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri 13-15 mart tarixlərində “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclərə master-klasslar keçəcəklər.

Üç gün davam edəcək master-klasslarda "Bakı 2017"nin rəsmi "facebook" səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər.

Cüdo üzrə master-klass martın 13-də "Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunacaq. Bir gün sonra Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda isə Olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək.

Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək.

Master-klassların məqsədi idmançı səfirlər tərəfindən yeniyetmə və gənc idmançıları həvəsləndirərək onlara idman karyeralarında dəstək verməkdir.


oxunma sayı: 71 | Paylaş: