Bu gün:


FutbolPress.Az | Azərbaycanı olimpiadada təmsil etmiş idmançı karyerasını bitirdi

Azərbaycanı olimpiadada təmsil etmiş idmançı karyerasını bitirdi


oxunma sayı: 66 Paylaş:

FutbolPressAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil etmiş kanoe-slalomçu Yure Meqliç idmançı karyerasını başa vurub.

O, bu ildən Avstriya milli komandasında məşqçi kimi fəaliyyətə başlayıb.

Yure Meqliç 2014-cü ilin əvvəllərindən Azərbaycanı təmsil etməyə başlayıb. Sloveniyalı 3 qat Avropa çempionu ölkəmizə kanoe-slalom növünün inkişafı məqsədilə cəlb olunub. Meqliç 2015-ci il dünya çempionatında lazımi nəticəni göstərərək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, olimpiadada isə yarımfinal mərhələsində 14-cü yeri tutaraq mübarizəni dayandırıb. 


oxunma sayı: 66 | Paylaş: