')

Bu gün:


FutbolPress.Az | Prosineçkinin Popoviçi Məmmədova dəyişməsi (PRİTÇA)

Prosineçkinin Popoviçi Məmmədova dəyişməsi (PRİTÇA)


oxunma sayı: 1264 Paylaş:

FutbolPressProsineçki “Segafredo”da ristretto içir, mən də yan masada həmişəki kimi amerikano.

Bəzən tək, bəzən də köməkçiləriylə birgə olurdu. Tək gələndə telefonundakı müxtəlif oyunlarla başını qatardı. Qırmızı qutulu klassik “Marlbro” çəkəndi. Mövzudan kənar olsa da, fikrimcə, siqaretlə kofe Leyli ilə Məcnun qədər bir-birinə yaraşır.

Robert əcnəbi futbolçulardan ən çox Saşa Stamenkoviçin xətrini istəyərdi. Saşa ilə də mənim münasibətim əla idi, vaxtaşırı görüşərdik.

Günlərin bir günü o, məni Robertlə tanış etdi, eyni masa arxasına əyləşdik. Millinin həkimi Riki məni tanıdı, rus dilini də səlis bildiyi üçün ünsiyyətimiz alındı. Rikidən soruşdum ki, Popoviçi hansı əsasla milliyə çağıırırsız? Gülərək bayaqdan mənə fikir verməyən Robertə tərəf baxdı və dedi: “Şefe (Balkanlılar Prosineçkini belə çağırırlar), sual sənə ünvanlanıb”.

Prosineçki məni qəribə tərzdə süzdü. Mimikasından hiss etdim ki, sual xoşuna gəlmədi. Bir azdan özündənrazı halda suala sualla cavab verdi: ”Popoviçi niyə çağırmamlıyam ki?!”

Mən də eləmə tənbəlik, başladım fikrimi izah eləməyə. Dedim, Foqts 6 il yarımlıq fəaliyyəti müddətində Azərbaycanın 99 faizinin nifrətini qazandı. Siz ondan fərqli olaraq köhnə fikirli futbol oynatmırsız, oyunçulara sərbəstlik verirsiz. Malta qələbəsindən sonra xalqımızın sizə rəğbəti yaranıb. Popoviçin millidə “1 nömrə” olmaq ehtimalı 0,00000001 faizə bərabərdir. Kamran və Səlahəti oynadacaqsız, elə deyil? Xəbəriniz var ki, Andrey etnik azərbaycanlı deyil, ona pasport vermişik? Olmaz ki, millidə “3 nömrə” gözü ilə baxdığınız mövqeyə yerli qapıçı çağırasız? İnanın, bu, sizin xeyrinizə olacaq. Özünüzə əlavə xal qazanmış olarsız...

Cavab vermədi. Fikrimi nə təsdiq etdi, nə də inkar...

Prosineçki millinin növbəti siyahısını açıqlayanda Popoviçi Aqil Məmmədovla əvəzlədi.

Ceyhun Rzayev


oxunma sayı: 1264 | Paylaş:




?>