Bu gün:


FutbolPress.Az | Bicolar biconun "qisasını aldı"... (KİÇİK QEYD)

Bicolar biconun "qisasını aldı"... (KİÇİK QEYD)


oxunma sayı: 521 Paylaş:

FutbolPress8 komandalı, qozbel əndazəli Topaz Premyer Liqasının 20-ci turu da, namxuda, hakim “quşları” ilə başa çatdı.

Diqqət mərkəzində olan iki oyun bunlardı:

“Kəpəz” – “Qəbələ” (1:1)
“Qarabağ”  -  “İnter”  (0:1)

Liderlik uğrunda çəkişmədə bir-birinə acıq atan  “Qəbələ” ilə “Qarabağ”ın xal qazanmaqçün maksimum canfəşanlığı gözlənən idi. Hər iki oyundakı tem  bu təxmini yəqin elədi.

***               ***                  ***

Gəncədə baş hakim Əliyar Ağayev idi. 37-ci dəqiqədə “Kəpəz” hesabı açmışdı. 38-ci dəqiqədə isə Nicat Qurbanov Nika Kvekveskirinin sərt oyununa qarşılıq əsəbi şəkildə onun üstünə getməyə başladı. Nika sonradan açıqlamasında dediyi kimi, üstünə yeriyən Nicatı refleksiv reaksiya şəklində - çənəsindən tutdu. Anidən Nicatın şilləsi açıldı biconun üzünə. Və hakim?

Hakimin sanksiyasına baxın: ikisinə də “qırmızı”!

UEFA-nın 1-ci kateqoriyasına yenicə adlayan Əliyarın üzərində nəzarət güclüdür. Yəqin mentoruna bu görüntü artıq göstərilib. Hakimin gözü qarşısında baş verən hadisəyə doğru sanksiya tətbiq edə bilməməsi UEFA-da ən arzulanmaz nöqsanlardandı.  Belə həssas məqamlarda  ümidverici yeganə hakimin “xərclənməsi” yolverilməzdir. Bunu AFFA rəhbərliyi də, Hakimlər Komitəsi də, Peşəkar Futbol Liqası da anlamalıdı.

***                   ***                    ***

Orda biconun haqqı yeyildi... Ən yaxşı saydığımız hakim gözünün qarşısında olan epizoda doğru sanksiya tətbiq eləmədi/edə bilmədi.

Digər episentr oyundaysa bicolar biconun “qisasını aldı”.

Zaur Svanadze “yaralı sərçə” halına düşmüş “Qarabağ”a qarşı “yolka taktikasıyla” sürpriz edərək, qələbə qazandı. Yeganə qolu da bico – Xizanaşvili vurdu.

“Pələng dərili pəhləvan”ın memarı Şota Rustavelinin xatirəsinə yəqin... Ancaq müstəqillik dövrünün ən yaxşı hakimi kimi yetişə biləcək Əliyara Şotanın "Yerusəlim taleyini" arzulamırıq.

AFFA Hakimlər Komitəsinin “gilyotina”sı ona tərəf yaxınlaşmaqdadı...

Elçin Cəlilov


oxunma sayı: 521 | Paylaş: