"Qarabağ"ın legioneri "Sportinq"i niyə tərk edib?
Paylaş:
"Qarabağ"ın futbolçusu Miçel atası oğlunun yetirməsi olduğu İspaniyanın "Sportinq" klubunu tərk etməsinin səbəblərini açıqlayıb.
O, futbolçunun "Sportinq"i maliyyə problemlərinə görə tərk etdiyini deyib:
"Miçel məcburiyyətdən bu addımı atdı. Vəziyyətin düzəlməsini gözləyirdi. Amma maliyyə məsələlərinə görə, Miçel "Sportinq"i tərk etməyə məcbur oldu".
Miçel 2005/10-cu illərdə "Sportinq"də çıxış edib.
| Paylaş: