Joze Mourinyodan Ranyeriyə: "Yazdığın tarixi heç kim silə bilməz"
Paylaş:
"Mançeser Yunayted"in baş məşqçisi Joze Mourinyo Klaudio Ranyerinin "Lester"dən istefaya göndərilməsinə münasibət bildirib.
Portuqaliyalı mütəxəssis şəxsi "İnstaqram" hesabından bunları yazıb.
"İngiltərə çempionu və FIFA-da ilin məşqçisi qovuldu. Budur müasir futbol, Klaudio. Gülümsəməyə davam et. Yazdığın tarixi heç kim silə bilməz".
"Lester" Ranyerinin rəhbərliyi altında ötən mövsüm tarixində ilk dəfə İngiltərə çempionluğunu qazanıb.
| Paylaş: