Bu gün:


FutbolPress.Az | Prosineçkinin futbol fəlsəfəsinə uyğun gəlməmək... (QEYD)

Prosineçkinin futbol fəlsəfəsinə uyğun gəlməmək... (QEYD)


oxunma sayı: 913 Paylaş:

FutbolPressAzərbaycan millisinin Qətərlə yoxlama oyununa 25 futbolçu çağırılcaq. Baş məşqçi Robert Prosineçki “CBC Sport”a açıqlamasında bildirib ki, onlardan ikisi komanda üçün tamamilə yeni addı.

Dəvətlilər mövzusunda ən aktual məqam Nizami Hacıyevlə bağlı idi. Robert “İnteri”in yarımmüdafiəçisi haqda belə deyib: “...yaxşı futbolçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.

Futbolda belə hallar təbii ki, çox olub. İctimaiyyətin nəzərlərini cəlb edən futbolçunu milliyə çağırmayan baş məşqçilər az deyil. Ancaq Prosineçkidən fərqli olaraq onlar adətən, buna aydınlıq gətiriblər, hansısa arqument bildiriblər.

Bu mövsümün 2-3 gözəgəlimli futbolçundan biri olan Nizami Hacıyevin onun futbol fəlsəfəsinə uyğun gəlmədiyiniı deməsi səmimi, ya qeyri-səmimidi, iddia eləmək çətindi, ancaq istənilən halda arqumentlər məlum olmalıdı.

Fəlsəfəniz nədən ibarətdi? 

Hacıyev sıradan oyunlar keçirdəndə nəzərdə yox idi, çalışıb-vuruşub, diqqət cəlb elədi, ardıcıl qollar vurdu, ancaq yenə nəzərə alınmadı - dəyişən heç nə yoxdu? 

Uzun müddət futbol oynamamış Pavel Paşayevi çağırıb, yoxlamaq olar, autsayderlər sırasında olanda "Sumqayıt"lı Maqanı dəvət eləmək də həmçinin və s.  Ancaq liderlər arasında olan bir komandanın ən fəal oyunçusunu yoxlama matçına belə dəvət eləməmək? Bu boyda "fəlsəfəyə uyğun gəlməmək" bir az zorakılıq olmadımı? 

Yoxsa seçim imkanınız daha genişdir, mister Robert? Əlbəttə ki, yox!

Nizaminin aqressiv, atletik oyun tərzi millinin orta xəttində faydalı olmazmı? Ən əsası, bəlkə də karyerasının ən hərəkətli dövrünü yaşayan, bununçün ciddən canfəşanlıq edən birini milliyə dəvətlə mükafatlandırmaq digər həvəsliləri stimullaşdırmazdımı? Əksini etdiniz. Fiziki forması yüksək səviyyədə olan birini "fəlsəfəmə uyğun deyil" deyib, yoxlama matçına (!) dəvət eləməməklə şübhə rüşeymləri yaratdınız. "Milliyə dəvət məsələsi göstərişlə olur" iddiasında olan çox sayda futbolçunun bundan sonra haqlı hesab edilməsinə qarşı heç bir əks-arqumentimiz yoxdur. Hətta "fəlsəfəmə uyğun deyil" deməyiniz belə...

Fəlsəfə həmişə "niyə" sualı yaradır, ona cavab verməsə belə, o sual ətrafında söhbət açır. Siz isə...

Mister Robert, niyə?


Elçin Cəlilov


oxunma sayı: 913 | Paylaş: