')

Bu gün:


FutbolPress.Az | "Azərbaycan millisində oynamaq mənim üçün şərəf olsa da..." - xorvatiyalı futbolçu

"Azərbaycan millisində oynamaq mənim üçün şərəf olsa da..." - xorvatiyalı futbolçu


oxunma sayı: 1087 Paylaş:

FutbolPressPolşanın "Visla" klubu ilə mövsümün sonunadək müqavilə bağlayan Bakı "İnter"inin sabiq futbolçusu Matia Şpiçiç "wyborcza.pl"ə müsahibə verib. O, Azərbaycanda çıxış etdiyi vaxtlardan da danışıb:

"Nə vaxtsa Azərbaycanda oynayacağımı ağlıma belə gətirməzdim. Amma "İnter"dən başgicəlləndirivi təklif gəlmişdi. Azərbaycanda həyat düşündüyümdən xeyli fərqlənirdi".

29 yaşlı müdafiəçi Azərbaycanda oynadığı zaman vaxt millinin əvvəlki baş məşqçisi Berti Foqtsdan təklif aldığını bildirib:

"Azərbaycan millisindən təklif almışdım. O vaxt məni bunun doğru seçim olduğuna inandırmağa çalışırdılar. Ancaq cavabım belə olmuşdu: Azərbaycan yığmasında oynamaq mənim böyük şərəf olsa da, Xorvatiya yığmasında oynamağı üstün tutardım. Çünki xorvatiyalı bütün futbolçuların arzusu budur".

Matiya Şpiçiç Xorvatiyanın aşağı yaşlılardan ibarət komandalarında çıxış etsə də, əsas millidə heç vaxt oynamayıb. O, "İnter"də 2013-2015-ci illərdə çıxış edib. 


oxunma sayı: 1087 | Paylaş:




?>