Bu gün:


FutbolPress.Az | Fariz Yusifov: "Bu gün mənim səhvim olmayıb" (MÜSAHİBƏ)

Fariz Yusifov: "Bu gün mənim səhvim olmayıb" (MÜSAHİBƏ)


oxunma sayı: 774 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XVI turu iki hakim səhviylə qalamaqala çevrildi. Əvvəlcə AZAL - “Qarabağ” (1:2) matçında Orxan Məmmədov ilk hissədə meydan sahiblərinin hücumçusu Sadio Tounkaranı iki sarı vərəqə ilə meydandan kənarlaşdırdı və biz, həm Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu, (OXU) həm də hədəfə gələn Məmmədovu (OXU) mövzu ətrafında danışdırdıq.

Müzakirə və mübahisələrə səbəb olan ikinci – “Qəbələ” – “Neftçi” qarşılaşaması (1:0) isə ofsayddan vurulan qolla gündəmə düşdü. Oyunu idarə edən Fariz Yusifov “FutbolPress”in suallarını cavablandırdı.

- Fariz bəy, necəsiz?
- Sağ ol, qardaş, sən necəsən? Kefin-əhvalın?

- Yaxşı olasız, şükür! “Qəbələ”nin qolunda ofsayd niyə oldu? Sayıqlığı itirdiniz, yoxsa nə idi səbəb?
- Hansı epizod, nə ofsayd?

- Yeganə qol olan epizodda. Qol ötürməsini edən oyunçu azı 2 metr ofsaydda idi. Bu məsələ qalmaqal yaradıb...
- Burda mənim nə günahım?

- Bəli, hardasa, sizin günahınız yoxdur, razıyam.
- (Gülür). Hə, vəssalam da, əziz qardaşım, başqa?

- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da həmin epizodun aşkar ofsayd oluğunu, hakim səhvini etiraf elədi...
- Mənim elə bir səhvim yoxdur, oyunumu idarə eləyib, çıxmışam, indi də yoldayam, kim nə danışır, danışır da...

- Yan xətt hakimi sayıq davranmalıydı, ancaq 2 metrlik ofsaydı görməyib. Siz necə, epizoda yaxın mövqedə idiniz?
- Mən heç vaxt vicdansız hakimliyə boyun qoymamışam. Səhvim olanda da daim etiraf eləmişəm. Bu gün mənim səhvim olmayıb. Bundan başqa nə deyim.

- Anladım sizi.

Elçin Cəlilov


oxunma sayı: 774 | Paylaş: