Ziya Əzizov oynadı, "Den Boş" 1 xala razılaşdı
Paylaş:
Hollandiya I Divizionunda (Jupiler Liqa) 20-ci turun oyunları keçirilir.
Azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0.
Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
"Den Boş" 20 turdan sonra 26 xalla 20 komanda arasında 14-cüdür.
| Paylaş: