Bu gün:


FutbolPress.Az | Azərbaycan hakimləri Türkiyədə 50 oyun idarə edəcək

Azərbaycan hakimləri Türkiyədə 50 oyun idarə edəcək


oxunma sayı: 91 Paylaş:

FutbolPressAzərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib.

Dünən günorta saatlarında Antalyaya gələn hakimlər elə həmin gün iki məşğələdə iştirak ediblər. İlk məşq yaşıl meydançada, axşam məşğələsi isə akt zalında gerçəkləşib.

Yanvarın 25-dək Antalyada  olacaq  hakimlərin hər gün ümumilikdə 4 məşğələdə bir araya gələcəyi planlaşdırılır. Eyni zamanda, Az'rbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, I Divizionun keçirilən oyunlarında qeydə alınan hakim qərarları müzakirə olunacaq. Toplanışın əsas məqsədlərindən biri isə müxtəlif ölkələrdən  Antalyaya gələn komandaların iştirakı ilə keçirilən oyunların idarə olunmasıdı. İlkin plan kimi minimum 50 oyunda ədaləti qorumaq planlaşdırılıb.

Cari toplanışa FİFA təlimatçısı dəvət olunmayacaq. Toplanışa müəllim heyətində yer alan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev nəzarət edirlər.


oxunma sayı: 91 | Paylaş: