Bu gün:


FutbolPress.Az | "Neftçi" futbolçusunu icarəyə göndərdi

"Neftçi" futbolçusunu icarəyə göndərdi


oxunma sayı: 101 Paylaş:

FutbolPress"Səbail" qış fasiləsində daha iki transfer həyata keçirib.

Komanda müdafiəçilər Eltun Yaqublu ilə Samir Əhmədovu heyətinə cəlb edib.

24 yaşlı Yaqublu "Neftçi"dən mövsümün sonuna kimi icarəyə götürülüb. Bu klubun yetirməsi olan Eltun daha öncə "Neftçi", AZAL və "Qarabağ" klublarının şərəfini qoruyub. O, eyni zamanda U-17 və U-19 millilərimizin də formasını geyinib.

22 yaşlı Əhmədovla 1 illik müqavilə imzalanıb. "Neftçi"nin yetirməsi olan Samirin son klubu "Qaradağ Lökbatan" olub. O, eyni zamanda U-17 və U-19 millilərimizin də şərəfini qoruyub.

"Səbail" qış fasiləsində artıq 6 yeni futbolçu ilə güclənib. 


oxunma sayı: 101 | Paylaş: