Bu gün:


FutbolPress.Az | "Müdafiə xəttində çatışmazlıq var" - Təbriz Həsənov

"Müdafiə xəttində çatışmazlıq var" - Təbriz Həsənov


oxunma sayı: 173 Paylaş:

FutbolPressFIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirin ikinci turunda U-19  millimiz bu gün Qazaxıstan millisi ilə bərabərə qalıb - 2:2.

Qarılaşmadan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov oyunu şərh edib:

“Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.
 


oxunma sayı: 173 | Paylaş: