Bu gün:


FutbolPress.Az | U-19 şansını qorudu

U-19 şansını qorudu


oxunma sayı: 60 Paylaş:

FutbolPressValentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununa çıxıb.

"C" qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası Qazaxıstanla üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandamızın qollarına Rafael Məhərrəmli və Fərid Nbiyev imza atıb.

Bu nəticə ilə milli komanda növbəti mərhələ şanslarını qoruyub.

Azərbaycan millisi qrupda son oyununu yanvarın 13-də Slovakiyaya qarşı keçirəcək.


oxunma sayı: 60 | Paylaş: