Bu gün:


FutbolPress.Az | Azərbaycan güləşçisi bütün yarışlardan kənarlaşdırıldı

Azərbaycan güləşçisi bütün yarışlardan kənarlaşdırıldı


oxunma sayı: 97 Paylaş:

FutbolPressAzərbaycan yunan-Roma güləşçisi Zubair Dibirov 4 il müddətinə diskvalifikasiya olunub.

Bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.

Səbəb Dibirovun 2016-cı il sentyabrın 30-da Fransanın Makon şəhərində start götürmüş gənclər arasında dünya çempionatında dopinq-testdən keçə bilməməsidir. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol və anabolik steroid aşkarlanıb. Nəticədə gənc güləşçi 4 oktyabr 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb. Cəza 5 oktyabr 2016-cı ildən qüvvəyə minib.




oxunma sayı: 97 | Paylaş: