Bu gün:


FutbolPress.Az | Ramil Şeydayev rəsmən aşağı liqa klubunda!

Ramil Şeydayev rəsmən aşağı liqa klubunda!


oxunma sayı: 550 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubundan ayrılıb.

Qara dəniz təmsilçisinin Antalyadakı düşərgəsini tərk edən futbolçu PTT I liqasında mübarizə aparan "Samsunspor" sıralarına qoşulub.

O, mövsümün sonuna qədər icarə əsasında "Samsunspor"un uğurları üçün çalışacaq.

Keçən ilin yayında Rusiya "Zenit"indən transfer edilən Şeydayev "Trabzonspor"un heyətində keçirdiyi 3 rəsmi oyunda 1 qol vurmuşdu.


oxunma sayı: 550 | Paylaş: