')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin ukraynalıları ilin rəmzi yığmasında (FOTO)

"Qəbələ"nin ukraynalıları ilin rəmzi yığmasında (FOTO)


oxunma sayı: 447 Paylaş:

FutbolPressUkrayna mətbuatı ölkədən kənarda çıxış edən futbolçulardan ibarət 2016-cı ilin rəmzi yığmasını müəyyənləşdirib.

"Ua-football"ın hazırladığı komandada Ukraynanın "Qəbələ"nin üzvləri var. Bunlar qapıçı Dmitri Bezotosnı ilə müdafiəçi Vitali Vernidubdir.

Komandanın baş məşqçisi isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk seçilib.

"Qırmızı-qaralar" onun rəhbərliyi altında bu il keçirdiyi 53 oyunda 28 qələbə qazanıb, 10 heç-heçə edib, 25 dəfə isə alıb. Bezotosnı bu 53 oyunun 51-də meydanda olub, 44 qol buraxıb, 22 dəfə qapısını toxunulmaz saxlayıb. Vitali Vernidub isə bu il keçirdiyi 35 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



oxunma sayı: 447 | Paylaş:




?>