Bu gün:


FutbolPress.Az | “Qəbələ” ilin idman klubu seçildi

“Qəbələ” ilin idman klubu seçildi


oxunma sayı: 75 Paylaş:

FutbolPress“Qəbələ” "2016-cı ilin ən yaxşı idman klubu" adına layiq görülüb.

Buna idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, digər idman uğurları səbəb olub.

Bununla yanaşı, Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında komandanın boksçuları Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçumuz Milad Beiqi Harçeqani də olub. Karate üzrə dünya çempionu Rafael Ağayev “İlin ən yaxşı idmançısı” nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.


oxunma sayı: 75 | Paylaş: