')

Bu gün:


FutbolPress.Az | Qış bazarlığı: Kim gəldi, kim getdi? (YENİLƏNİB)

Qış bazarlığı: Kim gəldi, kim getdi? (YENİLƏNİB)


oxunma sayı: 3023 Paylaş:

FutbolPressAzərbaycanda qış transfer pəncərəsi başa çatdı.

Qış fasiləsinin ən fəal komandası "Neftçi" oldu. "Ağ-qaralar" 8 yeni futbolçunu heyətinə cəlb etdi.

Klublar bundan sonra yalnız azad agent statuslu futbolçuları heyətlərinə qata biləcəklər.

"FutbolPress" qış transfer pəncərəsi zamanı baş tutan bütün transferləri təqdim edir:


"Qarabağ"
Gələnlər: Elşən Abdullayev ("Neftçi"), Ağabala Ramazanov ("İnter")
Gedənlər: Namiq Ələsgərov ("Neftçi"), Emil Balayev ("Səbail": icarəyə), Reynaldo ("Adanaspor", Türkiyə)
Müqaviləsini uzadanlar: Yoxdu

"Qəbələ"
Gələnlər: Araz Abdullayev ("Neftçi"), Daniel Subotiç ("Şerif", Moldova), Rasim Ramaldanov ("Kolxeti", Gürcüstan)
Gedənlər: Sadiq Quliyev ("Zirə"), Petar Franyiç ("Domjale", Sloveniya), Ehtiram Şahverdiyev ("Sumqayıt")
Müqaviləsini uzadanlar: Dmitri Bezotosnı, Vojislav Stankoviç

"İnter"
Gələnlər: Yoxdu
Gedənlər: Ağabala Ramazanov ("Qarabağ"), Ruslan Abışov ("Neftçi")
Müqaviləsini uzadanlar: Yoxdu

"Sumqayıt"
Gələnlər: Sergey Çernışev, Fərhad Qıstarov, Ehtiram Şahverdiyev ("Qəbələ")
Gedənlər: Afşin Esmailzadeh, İbrahim Abednezhad, Vaqif Cavadov, Amit Quluzadə (AEL, Yunanıstan)
Müqaviləsini uzadanlar: Yoxdu

"Zirə"
Gələnlər: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev ("Qəbələ"), Akim Latifu ("Alanyaspor", Türkiyə), Ben Sanqare ("Sedan", Fransa), Riçard Qadze ("Delhi Dinamos", Hindistan),
Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev, İsa Cəbiyev (hər ikisi "Şəmkir"), Gerhard Proqni, Yasin Həmid
Müqaviləsini uzadanlar: Yoxdu

"Kəpəz"
Gələnlər: Sahib Abbasov ("Şəmkir")
Gedənlər: Yoxdu
Müqaviləsini uzadanlar: Yoxdu

"Neftçi"
Gələnlər: Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə), İqnasio Herrera ("İrtış", Qazaxıstan), Kirill Petrov ("Olimpik", Ukrayna), Pavel Dreksa ("Siqma", Çexiya), Ruslan Abışov ("İnter"), Huqo Barqas
Gedənlər: Elşən Abdullayev ("Qarabağ"), Eltun Yaqublu ("Səbail", icarə), Jonas Pesalli, Araz Abdullayev ("Qəbələ")
Müqaviləsini uzadanlar: Boban Baykoviç

AZAL:
Gələnlər: Omeqa Roberts ("Domje Srem", Serbiya), Tərlan Qasımzadə ("Mil-Muğan"), Arkadi Qalperin ("TSK Tavriya", Rusiya), Baba Qullit,  Frank Oliver Madu ("Sent-Jenevyev", Fransa)
Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzaga Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedov, Ruslan Nəsirli (MOİK), Fərhad Budaqov, Mahsun Qəmbərli, Rəşad Əzizli, Hossain Qolamit
Müqaviləsini uzadanlar: Yoxdu

UEFA "İnter"ə transfer qadağası qoyduğundan, bu klub heyətinə yeni oyunçu cəlb edə bilməz.


oxunma sayı: 3023 | Paylaş:





?>