Bu gün:


FutbolPress.Az | Azərbaycan çempionatına start verildi

Azərbaycan çempionatına start verildi


oxunma sayı: 106 Paylaş:

FutbolPressBu gün Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.

Yarışda ölkənin ən güclü kişi və qadın cüdoçuları da mübarizə aparır. Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekabrın 22-i saat 17:00-da olacaq. İki gün baş tutacaq respublika çempionatının qalibləri milli komandanın növbəti təlim-məşq toplanışına dəvət olunacaq.


oxunma sayı: 106 | Paylaş: