Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədovla danışılmış oyunların cavabsız “müzakirəsi” (ÜÇNÖQTƏLİ MÜSAHİBƏ)

Xaqani Məmmədovla danışılmış oyunların cavabsız “müzakirəsi” (ÜÇNÖQTƏLİ MÜSAHİBƏ)


oxunma sayı: 598 Paylaş:

FutbolPressUEFA-nın tələbiylə Azərbaycanda danışılmış oyunların araşdırılmasına başlanıb. Prosesin gedişatında yol verilən nöqsanlar haqda kifayət qədər yazılıb və xəbərdarsınız.
AFFA-nın danışılmış oyunları araşdıran xüsusi komissiyasının siyahısını da buyaxınlarda açıqladıq.

Hələ ki komissiya üzvlərindən yalnız Vaqif Sadıqov açıqlama verib. Digərlərini danışdırmaq cəhdi indiyədək birtərəfli səbəbdən alınmayıb.

Komissiyada təmsil olunan Xaqani Məmmədovla uzun müddət əlaqə saxladıq, nəhayət rabitə alındı. 


- Xaqani müəllim, AFFA-nın danışılmış oyunları araşdıran xüsusi komissiyasında olduğunuz xəbər verildi.

- Rəsmi məlumat deyil.

- Rəsmi məlumat verməli olan qurum AFFA-dı, o da əsassız olaraq komissiyanın gizli saxlanmalı olduğunu israrla bildirirdi. Tərkibi biz araşdırıb, tapmışıq. Yoxsa inkar edirsiniz orda olduğunuzu?

- Nə lazımdı?

-  Açqlama verməyinizi gözləyirik, lazım olan budur...

- Araşdırma gizli gedir, nəsə demək olmaz.

- Gizli necə gedə bilər – hansı əsasla?

- Əsassız olmaz da yəqin

- Komissiyanı  AFFA katibliyi təyin edib. Bu, leqal, qanuna əsaslanan araşdırma ola bilməz. Hansı hüquqi mexanizmə əsaslanır?

- Bu suallar mənlik deyil.

- Sizlik olan suallara  da cavab vermirsiniz, yanılmırıq ki?

- Hər şey məlum olacaq, gözləmək lazımdır.

- Məlum olan müəyyən məqamlar var. Onlara aydınlıq gətirilməlidi. Çünki məlum olanlar nöqsanlıdı, komissiyanın prosesi qüsurlu apardığı aydın olur. 

- ...

- Xaqani bəy, komissiyanın üzvləri aşkara çıxandan sonra ictimaiyyətdə ən geniş reaksiya bu oldu – “Bu komissiyadakıların bəzisini araşdırmaq lazımdı, bunlar nəyi, kimi araşdıracaq?” – bu münasibət sizə necə təsir edir?

- ...

- Hesab edirsinizmi,  siz hakimlərin hazırlığına, komitədəki digərləri də aidiyyatı işlərinə baxmalıdılar, bu prosesi hüquq-mühafizə orqanları araşdırmalıdır...

- ...



Elçin Cəlilov



oxunma sayı: 598 | Paylaş: