Bu gün:


FutbolPress.Az | "Əgər büdcə 150 mindisə, biz heç hara gedəsi deyilik"

"Əgər büdcə 150 mindisə, biz heç hara gedəsi deyilik"


oxunma sayı: 139 Paylaş:

FutbolPressAPL XIV turun "Neftçi" - AZAl (0:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfransı keçirilib.

Mütəxəssis əvvəlcə çempionatdakı ilk qələbəni şərh edib:

“Bizim üçün derbi sayılırdı. Bu gün 3 xal bizə çox lazım idi. Komandamın son oyunlardakı mübarizəsindən razıyam. Sadəcə, qalibiyyət çatışmırdı. Futbolçulara demişdim ki, heç olmasa qış fasiləsinə yüksək əhvali-ruhiyyədə gedək. Hələ də çatışmayan cəhətlərimiz var. Amma qələbə qələbədi. İli qalibiyyətlə başa vurduğumuz üçün şadam”.
 
- Qış fasiləsində heyətdə dəyişiklik olacaqmı?
- Bəli, dəyişikliklər olacaq. Amma çox böyük dəyişikliklər etmək fikrində deyilik. Çalışacağıq ki, büdcəmizə uyğun, amma səviyyə və təcrübə baxımından bizə kömək edə biləcək oyunçular gətirək.
 
- Qış toplanışı ilə bağlı planınız necədi?
- Əgər büdcə 150 mindisə, biz heç hara gedəsi deyilik. İndiyə qədər olduğu kimi Şüvəlanda hazırlaşacağıq. Yanvarın 5-dən hazırlığa start verəcəyik.
 
- Tərlan Əhmədov jurnalist kimi bugünkü qələbəni necə şərh edərdi?
- Kənardan oyunu təhlil etmək asandı. Mən jurnalist olsaydım, bəlkə də, baş məşqçiləri daha çox tənqid edərdim. İstəməzdim ki, nə “Neftçi”, nə də AZAL bu büdcə ilə bu şəraitdə futbol oynasınlar. Oyun baxımından AZAL heç kimdən geri qalmır. Hər bir komanda “Neftçi”yə qalib gəlmək istəyər. Biz öz büdcəmizə görə bu komandaya qalib gəlmişiksə, deməli, bizi qarşıda daha yaxşı oyunlar gözləyir.


oxunma sayı: 139 | Paylaş: