')

Bu gün:


FutbolPress.Az | Millimizin rəqibində məşqçi istefası

Millimizin rəqibində məşqçi istefası


oxunma sayı: 133 Paylaş:

FutbolPressAzərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Foyston vəzifəsindən ayrılıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Hoqmonun ardından baş verən ikinci istefa olub. Hoqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn Foystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib.

İlk görüşdə Bakıda Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olan Norveç yığması 4 oyundan sonra 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb.


oxunma sayı: 133 | Paylaş:




?>