')

Bu gün:


FutbolPress.Az | "Roman Qriqorçukdan öyrənəcəyim şeylər var" - ilin ən yaxşı məşqçisi

"Roman Qriqorçukdan öyrənəcəyim şeylər var" - ilin ən yaxşı məşqçisi


oxunma sayı: 630 Paylaş:

FutbolPress"Roman Qriqorçukla dostluq münasibətimiz var. Hər zaman onunla mehribancasına görüşürük. Gözəl mütəxəssisdir, ondan öyrənəcəyim şeylər var". Bunu Ukraynanın "Zarya" klubunun baş məşqçisi və "Qəbələ"də çıxış edən Vitali Vernidubun atası Yuri Vernidub yerli "Futbol" nəşrinə müsahibəsində deyib.

Ölkəsində ən yaxşı baş məşqçisi seçilən 50 yaşlı mütəxəssis "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib: "Çalışıram ki, bu mövzuda oğlumla danışmayım. Çünki onun baş məşqçisi yüksək səviyyəli mütəxəssisdir. O, olanları analiz edir. "Qəbələ"nin ardıcıl ikinci il qrup mərhələsində çıxışını qeyd etmək lazımdır. Üstəlik, komanda ilkin təsnifat mərhələsindən mübarizəyə başlayır. Bu, böyük uğurdur! Onlar "Lill", "Panatinaikos" kimi komandaları yarışdan kənarlaşdırıblar. "Qəbələ" düzgün yoldadır. Mən sadəcə, onların adına sevinirəm. Bu uğur həm oyunçular, həm də məşqçilər korpusu üçün təcrübədir".

Vernidub oğlunun gələcəkdə "Zarya"da çıxış etmə variantına da münasibətini bildirib: "Bu barədə nəsə demək mənim üçün çətindir. O, peşəkar futbolçudur və klubu ilə müqaviləsi var. İstəsə, özü deyəcək. Ən yaxşısı, bunu Vitalidən soruşmaq lazımdır".

"Zarya" da bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etməsinə baxmayaraq, 1/16 finala yüksələ bilməyib. (Report)


oxunma sayı: 630 | Paylaş:




?>