')

Bu gün:


FutbolPress.Az | "Dünya çempionatı həsrətində olan ölkələri də başa düşmək lazımdır"

"Dünya çempionatı həsrətində olan ölkələri də başa düşmək lazımdır"


oxunma sayı: 140 Paylaş:

FutbolPressAzərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya yığmasının baş məşqçisi Yoahim Löv açıqlama verib.

O, dünya çempionatının 48 komanda ilə keçirilməsi məsələsinə münasibət bildirib:

“Belə bir mötəbər yarışda hər bir ölkə çıxış etmək istəyir. Elə ölkələr var ki, bu turnirə həsrətdirlər. Onları da başa düşmək lazımdır. Bu, olsa, onlar üçün yaxşı şansdır. Lakin turnir üçün bu çox uzun olacaq. Oyunların sayı elə də çox olmamalıdır. Fikrimcə, 32 komanda olsa, daha yaxşı olar”.

Almaniya millisi seçmə mərhələdə yığmamızın da yer aldığı C qrupuna 12 xalla başçılıq edir. Azərbaycan millisi isə 7 xalla 3-cüdür.


oxunma sayı: 140 | Paylaş:




?>