Bu gün:


FutbolPress.Az | İlin “Ən”ləri (Yeni)

İlin “Ən”ləri (Yeni)


oxunma sayı: 929 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
İlin muştuluğu – Azərbaycan Premyer Liqası  8 komandayla keçiriləcək 

İlin beşulduz oteldə ideyası başlayıb, kafedə iclasları davam edən layihəsi - AFFA yanında Media Komitəsi

İlin manevri – AFFA-nın Hesabat-Seçki Konfransında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədvun göndəriləcəyi gözlənərkən, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun Əli Hüseynovla əvəzlənməsi

İlin seçkisi – AFFA Hesabat-Seçki Konfransının bütün seçkilərində gözlənilməz heç nəyin olmaması

İlin təəccübü – Millinin seçmə mərhələlər tarixində ilk dəfə ilk üç oyuna 7 xal toplaması

İlin təəccübünün məhvi – İrlandiya ilə səfər qarşılaşması (4:0)

İlin kommunikativləndirib, sonra lağlağıya məruz qalan lozunqu – Niyə də yox?!

İlin “çistkası” – Elnur Məmmədov və Vəli Qasımovun “Neftçi”dən qovulması

İlin qaçışı – “Neftçi”nin “Qəbələ”yə 0:8 hesabıyla uduzduğu oyunda klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin matçı yarımçıq tərk etməsi

İlin “qızıl dublu” – “Qarabağ” və “Qəbələ”nin yenidən Avropa Liqasının qrup mərhələsinə adlaması

İlin təkrarı – Hər ikisinin yenidən qrup mərhələsindən adlaya bilməməsi

İlin təhlükəsi  - Millinin Çexiya səfəri zamanı təyyarənin qəza vəziyyəti yaşaması

İlin bazarlığı – Millinin Belfast səfərindən bahalı televizorların alınması

İlin vıdı-vıdı dığ-dığı: “Bakı” qayıdır

İlin vıdı-vıdı dığ-dığı-2: “Xəzər Lənkəran” qayıdır

İlin müstəsna “qırmızılığı”: Maliyyə maxinasiyası ucbatından iflasa uğramış “Xəzər Lənkəran” rəsmilərinin  başqa klublara, qurumlara doğru idarəçilik ideyalarını verməsi verməsi, verməsi.

İlin samballı statusu: Bəhram Bağırzadənin idman mediasını rüşvətdə ittiham eləməsi, samballı saytlar kateqoriyasını ayırması və s.

İlin qalmaqalı: TPL XIII turunda “Qarabağ” – “Qəbələ” (2:1) matçında yaşananlar

İlin yalanı: HK sədri Xaqani Məmmədovun “Əliyar Ağayev UEFA-nın I kateqoriya hakimidi” deməsi

İlin Xaqani Məmmədovu: Rəhim Həsənov

Ardını özünüz zümzümə edin...

Yazarın bütün yazıları

oxunma sayı: 929 | Paylaş: