')

Bu gün:


FutbolPress.Az | Çiprian Tatarşanu: "Bu cür müqayisə doğru deyil"

Çiprian Tatarşanu: "Bu cür müqayisə doğru deyil"


oxunma sayı: 312 Paylaş:

FutbolPressAvropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Fiorentina”nın qapıçısı Kiprian Tataruşanu oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Qapıçı oyunla bağlı bunları deyib:

"Bizim heç bir komandadan qorxumuz yoxdu. “Qarabağ” güclü rəqibdi. Sabah hər iki komanda üçün çətin oyun olacaq. Biz hər oyuna qələbə üçün çıxırıq".

- Hər oyuna qələbə üçün çıxdığınızı dediz. Bəs PAOK-la oyuna nə üçün çıxmışdız?
- Əlbəttə, həmin oyuna da qələbə üçün çıxmışdıq. Yetərincə də qol imkanımız oldu. Ancaq rəqib əldə etdiyini az fürsətdən məharətlə yararlandı. PAOK yaxşı komandadı.

- Komanda indi necə vəziyyətdədi?
- İndi əla vəziyyətdəyik. Avropa Liqasında liderik.

- Bakı səfəri komandanın hansı planlarını pozdu? Komanda demək olar, növbəti mərhələyə vəsiqəni təmin edib...
- Fikrimcə, heç nə itirmədik.

- Bura gəlməmişdən öncə PAOK-a uduzmusuz. “Qarabağ” isə bu komandanı hər iki oyunda üstələyib. Bu sizi qorxutmur ki?
- Təbii ki, yox. Futbolda bu cür müqayisə düzgün deyil. Biz “Qarabağ”a ilk oyunda böyük hesabla qalib gəlmişik. Sabah da bu komandaya qarşı oynayacağıq. (Komanda.az)


oxunma sayı: 312 | Paylaş:




?>