')

Bu gün:


FutbolPress.Az | "Deniz Yılmaz vurduğu 2 qolla üstündəki təzyiqi də atdı"

"Deniz Yılmaz vurduğu 2 qolla üstündəki təzyiqi də atdı"


oxunma sayı: 175 Paylaş:

FutbolPress"Bursaspor"un mətbuat xidmətinin rəhbəri Suat Paçacı Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın uzun müddətdən sonra Super Liqanın son turunda "Rizəspor"la oyunda 2 qol vurmasına münasibət bildirib.

O, bunları söyləyib:

"Komandada daşlar yerinə oturmağa başladı. Zədəsi sağalan Deniz Yılmaz qol vura bilməməyinin verdiyi streslə istənilən performansı göstərə bilmirdi. Özüm daxil olmaqla bir çoxumuz onun bu tur oynamayacağını düşünürdük. Ancaq baş məşqçilik komandasına və oyunçusuna güvənmək deməkdir. Hamza Hamzaoğlu da bəzi matçlarda yaxşı performans sergiləyə bilməməsinə rəğmən, Yılmaza güvəndi və nəticə ortadadır. Dənizin 2 qolla üzərindəki stress və təzyiqi də atdığını düşünürəm".


oxunma sayı: 175 | Paylaş:




?>