Bu gün:


FutbolPress.Az | Azərbaycan futbolunun PR problemi (LAYİHƏ)

Azərbaycan futbolunun PR problemi (LAYİHƏ)


oxunma sayı: 717 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri” mövzusunda araşdırmaları davam etdiririk.


Bu dəfə Azərbaycan futbolunun PR (Public realtions – İctimaiyyətlə əlaqələr – red.) problemlərindən/qayğılarından söhbət açacağıq.

PR çox mühüm çox mühüm prosesdi. Bəs Azərbaycan futbolu bundan halidirmi? Suala ən yaxşı halda kafi cavabı vermək olar.

Əvvəlcə dəqiqləşdirmə aparaq: PR reklama yaxındır, ancaq o deyil. Bunların arasındakı fərq və oxşarlığı bilmədən PR metodlarının faydası olmaz.

Haşiyə: PR fərqli olaraq, müntəzəm prosesdir. Aidiyyatı sahə üzrə (oxu: futbol) cəmiyyətdə gedən prosesləri izləyir, proqnozlaşdırır və rəqibləri qabaqlayır. Hansısa səbəbdən təşkilatın cəmiyyətdə nüfuzu düşübsə, dorğu hesablanmış düşünülmüş PR metodları ilə vəziyyəti sabitləşdirmək olar.

Ölkə futbolunun qazanc gətirən sahə olmaması hətta utanc dərəcədə anormal haldı. Belədə əsas yük PR sahəsinin çiyninə düşür. Görək, klublarımızın PR sahəsi üzrə mütəxəssisləri, ümumiyyətlə, belə bir istiqamətdə ştatı varmı?
Böyük klubların PR menecerləri Media və İctimaiyyətlə Əlaqələr Departamentinin bir qolu kimi fəaliyyət göstərir. Klubların mətbuat xidmətinin rəhbəri isə həm də PR menecer vəzifəsini daşıyır. Böyük gəlirləri olan klubların isə bundan başqa həm də müstəqil PR şirkətləriylə müqavilələri olur və s.

Təssüf ki, hər iki formatın Azərbaycanda tətbiqi mövcud deyil və yaxın perspektivə aid işıq görmək də mümkünsüzdür.

Yerli klubların mətbuatla əlaqələdiriciləri ən yaxşı halda media ilə münasibətləri həlim saxlamağa çalışıb, klub haqqında dezinformasiyaların yayılmaması, daha çox da rəhbərliyin tənqid hədəfinə gətirilməməsinə çalışmaqdan o yana keçmir. Əslində onlardan daha artığını tələb etmək, gözləmək də mənasızdır. Yuxarıda qeyd etdiyimiz kimi, ölkə futbolunda gəlir yoxdur, belədə hansısa reklam, PR prosesinin aparılmasına ehtiyac qalmır.

Azərbaycan futbolunu PR anlayışı təxminən bu cür formalaşıb: “Klubun üstünə çox getməsinlər”, “Klub rəhbərliyini çox tənqid hhədəfinə gətirməsinlər”.

Hər halda, vəziyyət bu qədər aşağı olmaya da bilər.

Hər halda, fan-şop və bilet satışı kimi şablon bilinən sahələri hərəkətə gətirib, pul qazanmaq mümkündür.  Ancaq niyəsə bu istiqamətdə də canlanma yaranmır/görünmür.

Səbəb?

Müşahidələr, səthi araşdırmalar onu göstərir ki, Azərbaycanda futbolun böyük kütləyə istinad eləməsi klublar üçün maraqlı deyil. Görəsən niyə? Yəqin “uca göstəriş” belədir və başqa hansısa tutarlı arqument fikirləşmək, hətta uydurmaq olmur.

2009-cu ildə “Xəzər Lənkəran” fan-şop və bilet satışı istiqamətlərində böyük sıçrayışla irəliləyişə nail oldu. 1-2 və 5 manata biletlər, demək olar, tam alınırdı, abonoment sisteminin tətbiqi isə tam doğruldu. Daha sonra fan-şop üçün online sifariş, çatdırılma xidmətləri əlavə edildi. İlk tətbiq çox faydalı alınmışdı. Klubdan verilən məlumatda Rusiya, Ukrayna, Türkiyədən belə sifarişlərin edilyi bildirilmişdi. Ancaq sonradan proses səngidi, lap ölü vəziyyətinədək endi.

Niyə? Başlanan və sürətlə yüksəliş əldə edən, aylıq 30-40 min manat gəlir həddinə çatan bir proses niyə zəifləsin? Görünür, bundan əvvəlki abzaslarda toxunduğumuz məsələ “işini görüb”.

Bu gün “Qarabağ” və  “Qəbələ”nin belə imkanı var. Ancaq hər iki klubda sözügedən istiqamət üzrə görülən işləri qınayaq, yoxsa “uca göstəriş” amilini nəzərə alıb, klubların təqsirini görməyək – qarışıqlıq yaradan durumdur...

“Qəbələ” stadionunda rəsmi fan-şop var. Satış səviyyəsi heç klubu razı salmır. Klubun ev oyunlarına giriş isə pulsuzdur. Bəs gəlir? Bəs...

“Qarabağ”da da fan-şop məsələsində  oxşarlıq var. Klubun sponsoru olan “Azərsun Holdinq”in qollarından biri “Bazarstore” hipermarketlərinin bəzilərində klubun forma və atributları satışdadı. Ancaq çeşid kasadlığı və işin sistematik qurulmaması prosesi qüsurlu dəyərləndirməyə səbəb olur.

Klub əsas gəliri Avropa Liqasındakı qrup oyunlarının doğma meydanda keçirilən qarşılaşmalarında bilet satışı və yayım hüququnun satılması məsələsindən götürüb. Ancaq bununçün reklama və PR-a ehtiyac yoxdur, avtomatik proseslərdir.

Ölkənin PR öncülləri olub, gəlir götürəsi iki klubunun bu istiqamətdə vəziyyətinə ötəri nəzər yetirdik. Növbəti məqalələrimizdə ikilinin sözügedən prosesdəki roluna daha ətraflı baxış edəcəyik. Həmçinin digər TPL (Topaz Premyer Liqası) iştirakçılarının aidiyyatı sahədə durumuna nəzər yetirəcəyik.

Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb*


 


oxunma sayı: 717 | Paylaş: