')

Bu gün:


FutbolPress.Az | Elnur Cəfərov oynamadı, "Duqopolye" qalib gəldi

Elnur Cəfərov oynamadı, "Duqopolye" qalib gəldi


oxunma sayı: 164 Paylaş:

FutbolPressFutbol üzrə Xorvatiya ikinci liqasında 18-ci turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Elnur Cəfərovun şərəfini qoruduğu "Duqopolye" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Zaqreb "Dinamo"sunun ikinci komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Elnur matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Duqopolye" geridə qalan turlarda topladığı 28 xalla 12 klub arasında 4-cü pillədə qərarlaşıb.


oxunma sayı: 164 | Paylaş:




?>