')

Bu gün:


FutbolPress.Az | Ziya Əzizov qol vurdu, komandası xal qazandı

Ziya Əzizov qol vurdu, komandası xal qazandı


oxunma sayı: 704 Paylaş:

FutbolPressFutbol üzrə Hollandiya I Divizionunda 17-ci turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfii qoruduğu "Den Boş" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Dordrext"lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Ziya bu görüşə start heyətdə başlayıb. O, matçın 33-cü dəqiqəsində qol vuraraq, komandasını hesabda önə keçirib - 2:1. 84-cü dəqiqədə isə baş məşqçi Əzizovu əvəzləyib.

"Den Boş" 17 turdan sonra 21 xalla 20 komanda arasında 13-cüdür.


oxunma sayı: 704 | Paylaş:




?>