')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Penalti olmadığıma əmin olsam..."

Qurban Qurbanov: "Penalti olmadığıma əmin olsam..."


oxunma sayı: 1098 Paylaş:

FutbolPressTPL XIII turun “Qarabağ” – “Qəbələ” (2:1) matçından sonra meydan sahiblərinin baş məqşçisi Qurban Qurbanov oyun barədə fikirlərini bildirib.

“FutbolPress” xəbər verir ki, o, qələbəni belə şərh edib:

"Çempionatın ən maraqlı oyunlarından biri idi. Futbolçularımı təbrik etmək istəyirəm. Vacib 3 xal qazandıq. Rəqib komandaya da uğurlar arzulayıram".

- Oyunun sonunda Şahruddin Məhəmmədəliyevin etdiyi qeyri-etik jestə görə onu cəza gözləyirmi?
- Şahruddini qeyri-etik hərəkətini görədim. Özüm də birbaşa ora getdim. Şahruddin də bizim yanımızda idi. Ancaq belə bir hal olubsa, cəzasını alacaq. Mən onu tanıyıram, fikirləşmirəm ki, belə bir şey etsin. Ancaq sizin dediyiniz hərəkəti edibsə, bu mənim üçün gözlənilməzdir.

- Həmkarınız Roman Qriqorçuk hakimlikdən narazılıq etdi. Bəzən siz də iradlarınızı bildirirdiz. Hakimlərin işindən razı qaldınızmı?
- Bu suala cavab vermək çətindir. Heç vaxt hakimliklə bağlı danışmıram. Məğlub olduğumuz oyunlarda da bu barədə danışmamışam.

- Almeyda qırmızı alıb meydandan kənarlaşdırılmışdı. Ancaq qarışıqlıq yarananda yenidən meydançanın kənarında idi. Onu orda görəndə təəccüblənmədiz ki?
- Orda elə qarışıqlıq düşmüşdü ki, hamı yığışmışdı bir yerə. Bunu da normal qəbul etmək lazımdır. Futbolda belə şeylər olur.

- Qarabağın buraxdığı qolda konkret hansısa futbolçuda günah görürsüzmü? Şehiç və ya Bədavi Hüseynovda?
- Həmin epizodda bir-birinə arxaynlaşdılar. Şehiç ordan fasilə verdi, sonra yenidən istiqamətləndi. Belə şeylər olur. Ümumi baxanda ikisinin də səhvi saymaq olar.

- Oyun planlaşdırdığınız kimi getdimi?
- İlk hissədə çox istədik ki, rəqibi topsuz qoyaq. Bu da alındı. İkinci hissənin əvvəlində tempi axlaya bilmədik. Bu da səhvlərlə nəticələndi. Amma futbolçularımın hər birindən razı qaldım.

- Rəqib penalti epizoduna etiraz edir. Əgər bilsəydiz orda penalti yoxdu, Almeydaya nə tapşırıq verərdiz?
- Epizod hakimin gözü qabağında olub. Nəsə deməyə çətinlik çəkirəm. Əmin olsam, futbolçular özləri biləcəkdilər nə etmək lazımdır (gülür)

- Konfransın əvvəlində aqressiv görünürdüz bir qədər. Ancaq sonradan "dodağınıza gülüş qondu" sanki...
- Siz niyə mənim mimikama belə fikir verirsiz? Ab-hava oyunla bağlı idi, suallardan sonra əhvalım düzəldi (güür).

- Qarşıda "Fiorentina" ilə oyun var, müdafiədə isə problemləriniz görünür. Bu gün Elvin Yunuszadə ümidlərinizi doğrultdumu?
- Həmin oyuna qədər hələ vaxt çoxdur. Rəşad Sadıqov fərdi qaydada məşqlərə başlayıb. Hələ ki, bunu düşünmək istəmirəm. O vaxta qədər hansı fubolçu hazır olsa, onu meydana buraxacağıq. Rəşad özü də oynaya bilər.


oxunma sayı: 1098 | Paylaş:




?>