')

Bu gün:


FutbolPress.Az | Nazarov oynadı, komandası xal qazandı

Nazarov oynadı, komandası xal qazandı


oxunma sayı: 151 Paylaş:

FutbolPressFutbol üzrə Almaniya ikinci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Vyusburger"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan da heç-heçə ilə ayrılıb - 1:1.

Start heyətdə meydana çıxan Nazarov matçı əvəz edilmədən başa vurub.

"Ersgebirge" 14 turdan sonra 11 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.


oxunma sayı: 151 | Paylaş:




?>