')

Bu gün:


FutbolPress.Az | Deniz Yılmaz 90 dəqiqə oynadı, "Bursaspor" "Qalatasaray"a məğlub oldu

Deniz Yılmaz 90 dəqiqə oynadı, "Bursaspor" "Qalatasaray"a məğlub oldu


oxunma sayı: 341 Paylaş:

FutbolPressTürkiyə Superliqasında XII tura start verilib. Açılış oyununda Azərbaycan millisinin üzvü Deniz Yılmazın da şərəfini qoruduğu "Bursaspor" səfərdə "Qalatasaray"la qarşılaşıb. 

Oyuna yaxşı başlayan Bursa təmsilçisi artıq 14-cü dəqiqədə Kubilay Kanatsızkuşun qolu ilə hesabı açsa da, sonradan "Qalatasaray" üstünlüyü ələ alıb və Yasin Öztekinlə Uesli Sneyderin qolları ilə hesabda önə keçib. Əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə isə Eren Derdiyok "sarı-qırmızılıların"ın 3:1 hesablı qələbəsini rəsmiləşdirən qolu vurub.

Əvvəlki maçlarda olduğu kimi bu dəfə də start heyətində meydana çıxan Deniz Yılmaz 90 dəqiqə əvəzlənmədən mübarizə aparıb. Millimizin üzvü matçda heç nə ilə yadda qalmayıb.

Bu nəticə ilə "Qalatasaray" turnir cədvəlində ən azı iki günlük 3-cü pilləyə yüksəlib. "Bursaspor" isə 5-ci yerdədir.


oxunma sayı: 341 | Paylaş:




?>