')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayevin klubu ilə bağlı iddia: "Bu, əsl mafiya əməliyyatı idi"

Kamran Ağayevin klubu ilə bağlı iddia: "Bu, əsl mafiya əməliyyatı idi"


oxunma sayı: 246 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta” klubu sabiq futbolçusu Uçe Novoforla problem yaşayır.

Portu təmsilçisi 25 yaşlı nigeriyalı futbolçunu aldadıb. Klub ona olan 110 min avronu verməkdən imtina edir. "Boavişta” futbolçuya olan borcları ödəmək üçün sənədlərə qol çəksə də, həmin sənədlər saxta olub. 

Bunu futbolçunun özü Nigeriya mətbuatına açıqlamasında deyib:

“Mövsümün gedişində “Boavişta” maaşımı azaltmağa cəhd etdi. Amma mən bununla razılaşmadım. Sonra isə onlar mənimlə müqaviləyə xitam verdilər. Bunun qarşılığında isə mənə təzminat vəd etdilər. Ancaq bu, əsl mafiya əməliyyatı idi. Müqaviləmə son qoyulsa da, mənə ödəniləcək təzminatı verilmədi. Artıq məsələylə bağlı FİFA-ya şikayət etmişəm”


oxunma sayı: 246 | Paylaş:




?>