')

Bu gün:


FutbolPress.Az | Yunanıstan Futbol federasiyası Bosniya və Herseqovina xalqından üzr istəyib

Yunanıstan Futbol federasiyası Bosniya və Herseqovina xalqından üzr istəyib


oxunma sayı: 100 Paylaş:

FutbolPressYunanıstan Futbol Federasiyası Bosniya və Herseqovina xalqından üzr istəyib.

Buna səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinın IV turunda keçirilmiş Yunanıstan - Bosniya və Herseqovina matçında baş verənlərdir.

1:1 hesabı ilə başa çatan oyunda yerli azarkeşlər Bosniya və Herseqovina xalqına nifrətini göstərən pankartlar açıblar. Pankartda 1995-ci ildə baş vermiş Srebrenitsa qətliamı ilə bağlı serblərin bosniyalılara nifrətini göstərən "Noz, zica, Srebrenica" (Bıçaq, tel, Srebrenitsa) sözləri yazılıb.

Bununla əlaqədar federasiya bu cür pankartların açılmasının doğru olmadığını, irqçiliyin qəbuledilməz olduğunu bildirərək qarşı tərəfdən üzr istəyib.

1995-ci ildə Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində serbiyalılar tərəfindən qətliam törədilib. Həmin qətliamda 8 mindən artıq yerli əhali general Ratko Mladiçin rəhbərlik etdiyi qoşun tərəfindən öldürülüb.


oxunma sayı: 100 | Paylaş:




?>