')

Bu gün:


FutbolPress.Az | "Qrupdakı "kiçik" komandalara qarşı çətinlik çəkirik"

"Qrupdakı "kiçik" komandalara qarşı çətinlik çəkirik"


oxunma sayı: 192 Paylaş:

FutbolPressFutbol üzrə Şimali İrlandiya yığmasının qapıçısı Maykl Makqovern DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

"Belfast telegraph"a açıqlama verən qolkiper 4:0 hesablı qələbə haqqında bunları deyib:

"Adətən qrupumuzdakı "kiçik" komandalara qarşı çətinlik çəkirik. Amma tədricən bunun öhdəsindən gəlirik. Azərbaycan yığmasının bir neçə il öncə qarşılaşdığımız komandadan daha yaxşı vəziyyətdə olduğunu bilirdik. Bunu onların qrupumuzdakı digər oyunlarının nəticələrindən də görmək mümkündür. Ona görə də rəqibə hörmətlə yanaşırdıq. Biz əsl peşəkarlarıq və öz işimizi yüksək səviyyədə görməyə çalışdıq. Qələbəni də məhz bunun məntiqi nəticəsi saymaq olar. Bu uğurumuza görə çox şadıq".


oxunma sayı: 192 | Paylaş:




?>