')

Bu gün:


FutbolPress.Az | Vüqarla Orxanın komandası yüksək liqaya çıxa bilmədi

Vüqarla Orxanın komandası yüksək liqaya çıxa bilmədi


oxunma sayı: 142 Paylaş:

FutbolPressFutbol üzrə Latviya çempionatına vəsiqə uğrunda cavab pley-off oyunu keçirilib. Elitaya ikinci vəsiqə uğrunda bu mövsüm 8 komanda arasında 7-ci yeri tutaraq aşağı diviziona düşmək təhlükəli ilə üzləşən "Metta" və aşağı liqanın gümüş medalçısı "Olayne" mübarizə aparıb.

Azərbaycanlı futbolçular - Vüqar Əsgərov və Orxan Həsənəliyevin komandası doğma meydanda 1:1 hesablı bərabərliyə razılaşdığı elita təmsilçisi ilə səfərdə qarşılaşıb. Minimal hesablı məğlubiyyətlə üzləşən "Olayne" yüksək liqaya vəsiqə qazana bilməyib.

Qarşılaşmaya start heyətdə başlayan və 90 dəqiqə meydanda olan Vüqar bu dəfə komandasına kömək edə bilməyib. 70-ci dəqiqədə meydana buraxılan Orxan da komandasını məğlubiyyətdən xilas edə bilməyib.


oxunma sayı: 142 | Paylaş:




?>