')

Bu gün:


FutbolPress.Az | Ronaldo Müllerə çatdı, növbəti Klozedi

Ronaldo Müllerə çatdı, növbəti Klozedi


oxunma sayı: 144 Paylaş:

FutbolPressMilli komandaların heyətində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. DÇ-2018-in seçmə mərhələsinin Latviya ilə matçında (4:1) dubla imza atan Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo qol sayını 68-ə çatdırıb.

Bununla o, Herd Müllerə çatıb və Avropanın ən məhsuldar oyunçuları siyahısında 4-cü yerə şərik olub.

Siyahıya 84 qolla Ferens Puşkaş başçılıq edir. Digər macar Şandor Koçiş 75 dəfə fərqlənib. 3-cü sırada qərarlaşan Miroslav Klozenin hesabında 71 qol var.


oxunma sayı: 144 | Paylaş:




?>