')

Bu gün:


FutbolPress.Az | Kristof Qaltye: "Növbəti mərhələ üçün şans yarandı"

Kristof Qaltye: "Növbəti mərhələ üçün şans yarandı"


oxunma sayı: 174 Paylaş:

FutbolPressAvropa Liqası qrup mərhələsiniin 4-cü turunda keçirilən "Qəbələ" - "Sent-Etyen" (1:2) oyunundan sonra qonaqların baş məşqçisi Kristof Qaltye matç barədə fikirlərini bildirib.

O, bunları deyib:

“Olduqca vacib oyun idi. Növbəti mərhələ üçün bizə şans yarandı. Artıq “Maynts”la görüş barədə düşünməliyik. Uğurlu çıxışı həmin oyunda da davam etdirmək istəyirik”.
 
- Oyunla bağlı fikriniz nədi?
- Çox maraqlı oyun keçdi. İlk hissədə üstünlük tamamilə bizdə idi. Ancaq ikinci hissədə topu rəqib komandaya verdik. Rəqibimiz zəif deyildi. Əsas odu ki, qələbə qazana bildik.

- Bakıya daha əvvəl “Qarabağ”la oyun üçün də gəlmişdiniz. Həmin “Qarabağ”la “Qəbələ”ni müqayisə edə bilərsiniz?
- Həmin vaxt təcrübəmiz bu günkü qədər deyildi. Lakin iki il sonra keçirilən “Qəbələ” ilə matça ciddi hazırlaşmışdıq.



oxunma sayı: 174 | Paylaş:




?>