')

Bu gün:


FutbolPress.Az | Azarkeş "Qarabağ"ın oyununa Ermənistan bayrağı gətirdi (FOTO)

Azarkeş "Qarabağ"ın oyununa Ermənistan bayrağı gətirdi (FOTO)


oxunma sayı: 411 Paylaş:

FutbolPressAvropa Liqası qrup mərhələsinin 4-cü turunda "Qarabağ" səfərdə PAOK-la qarşılaşacaq.

"FutbolPress" xəbə verir ki, oyundan öncə matçın keçiriləcəyi "Tumba" stadionunda xoşagəlməz hal yaşanıb. Qarşılaşmanın başlanmasına təxminən yarım saat qalmış arenanın qapıarxası sektorunda əlində Ermənistan bayrağı olan azarkeş peyda olub.

Daha sonra "Qarabağ" nümayəndələri stadion rəhbərliyinə bununla bağlı müraciət edib. Stüardlardan biri azarkeşə yaxınlaşaraq bu bayrağı yığışdırmağı tələb edib. Bundan sonra həmin azarkeş bayrağı yığışdırıb.

Məlumat üçün qeyd edək ki, oyundan əvvəl "Qarabağ" rəhbərliyi belə halları nəzərə alıb stadion rəhbərliyi ilə razılığa gəlib ki, matç zamanı "Qarabağ" azarkeşləri Azərbaycan və Türkiyə bayrağı gətirməyəcək. Buna uyğun olaraq, Ermənistan bayraqlarının da stadiona buraxılmaması razılaşdırılıb.


oxunma sayı: 411 | Paylaş:




?>