')

Bu gün:


FutbolPress.Az | "Azərbaycan həddən artıq müdafiə olunur" - Maykl O`Nil

"Azərbaycan həddən artıq müdafiə olunur" - Maykl O`Nil


oxunma sayı: 476 Paylaş:

FutbolPressFutbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi açıqlama verib. O, Britaniya mətbuatına müsahibəsində öncə bunları söyləyib:

"Bizi futbola çox böyük sərmayə yatıran bir ölkənin komandası ilə oyun gözləyir. Bakının AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biri seçilməsi də dediklərimə sübutdur. Bu ölkədə yerli klublar inkişafdadır. Artıq onlar Çempionlar Liqasının qrup mərhələsinə kimi irəliləyə bilirlər. Avropa Liqasında isə son illərdə mütəmadi qrup mərhələsinə vəsiqə qazanırlar. Bu mövsüm də Avropa Liqasının qrup mərhələsində iki klubla təmsil olunurlar".

"Yığma komandaya ölkə xaricindən məşqçi gətirirlər. Son dövrlərə kimi onların komandasını almaniyalı Berti Foqts çalışdırırdı. İndi isə yığmanın sükanı arxasında Robert Prosineçki yer alır. Çox iddialıdırlar, daha da irəli getmək istəyirlər. Buna görə də qalib gəlmək üçün biz ən yaxşı oyunumuzu göstərməliyik. Çünki gələn həftə qazanılacaq qələbə bizə çox kömək edəcək".

O, mümkün uğursuzluq haqda da danışıb: "Bizim öz hədəfimiz var. Seçmə mərhələnin qalan hissəsində daha uğurlu çıxış etməyimiz üçün bizə ciddi impuls lazımdır. Məhz bu üzdən qarşıdakı oyunda qələbə qazanmağımız vacibdir. Amma Azərbaycanla oyun həlledici xarakter daşımır. Hər şey istədiyimiz kimi alınmasa da belə, ruhdan düşməməli, dayanmamalıyıq".

Rəqib baş məşqçi millimizə yuxarıdan aşağı baxmamağın vacibliyindən də söz açıb: "Rəqibin bizə problem yaradacağı dəqiqdir. Ən azından Çexiya və Norveçin bu komanda ilə oyunda necə xal itirdiyini görmüşük. Hansı ki, çexlərlə norveçlilərin qrup ikinciliyi uğrunda əsas rəqibimiz olacağından danışırdıq. Amma indi elə bir vəziyyət yaranıb ki, onların hər ikisi bizdən geri qalır. Yəqin ki, Azərbaycan yığması qrupda ikinci pillədəki mövqeyini qorumağa çalışacaq. Bu üzdən də bizi çox ciddi sınaq gözləyir".

O`Nil millimizin oyunundan da danışıb: "Azərbaycan həddən artıq müdafiə olunur. Bu, həm ev, həm də səfər oyunlarına aiddir. Amma onlar San Marino ilə müqayisədə əks-hücumlarda daha təhlükəlidirlər. Rəqibin müdafiə xəttinin güclü olduğunu onların əvvəlki oyunlarda qol buraxmaması da sübut edir. Bu üzdən də gərgin və sərt keçəcək qarşıdakı oyunda səbrli olmalıyıq".


oxunma sayı: 476 | Paylaş:




?>