Bu gün:


FutbolPress.Az | “FutbolPress” – 7...

“FutbolPress” – 7...


oxunma sayı: 775 Paylaş:

FutbolPress“Futbolpress.az” enişli-yoxuşlu zaman yollarından keçib, gəlib 7-ci pilləyə çatdı. Bu, onlayn fəaliyyətin 7 yaşıdı.

“FutbolPress” 8 il əvvəl, 28 noyabrda qəzet kimi fəaliyyətə başlayıb. Bir qrup tələbə yoldaşın azad, tam müstəqil tribuna məqsədiyçün açdığı nəşr  1 ilə yaxın fəaliyyətdən sonra internet üzərindən yayımla  əvəzləndi.

Azərbaycanda müstəqil media orqanının maddi-texniki şəraiti yaxşı ola bilməz. Bu, aydındı. “FutbolPress”də də bu, zaman-zaman təzahür olunub. Ölkədə azad reklam bazarının olmamasından tutmuş, müxtəlif obyektiv və subyektiv səbəblərə görə ədalətli rəqabət mühiti yaranmır.

Ancaq şəraitsizliyi bəhanə gətirib, sevdiyin və iddialı olduğun peşədən kənara çəkilmək də qəbulolunmaz addım olardı.

Geridə qalan zamanda ictimaiyyəti doğru informasiya ilə təmin elədik. Sual kimi olan mövzularda onlara cavab tapmağa təhlillərimizlə kömək olmağa çalışdıq. Həmişə onda tam zövq aldıq ki, gizlədilməyə çalışdıqları məlumatları aşkarladıq. Bir sözlə, peşəkar jurnalistin olmalı olduğu kimi olmağa çalışdıq.

Bu zaman ərzində yolu “FutbolPress”dən keçənlərin sayı da az olmadı. Əksəri  idman jurnalistikasına burdan başladı. Hazırda ölkənin ən böyük dövlət orqanlarında çalışanlar, müxtəlif KİV-lərə transfer olunanlar, öz işini quranlar və s. var aralarında. Bircə buna əminik ki, yolu FP-dan keçənlər bu işi dəqiq öyrəndilər, daim inkişaf etdilər. Azadlıq, müstəqillik, peşə etikasına sadiqlik prinsiplərini möhkəm mənimsədilər.

Bu, belə də olmalıdır. Artıq biz sizə 7 yaşın məsuliyyətini dərk edən biri kimi yanaşırıq – səhvlərimizlə, doğrularımızla...

Biz bir sənəti/peşəni öyrənib, sonra o peşəylə hazırladığımız məhsula görə tərif, əhsən alanda, elə bilirəm, ilk növbədə bizi öyrədənə minnətdar olmalıyıq. Bunu qeyd eləməyə özümü borclu hiss edirəm - jurnalistikada  öyrəndiklərimə görə çox insana minnətdaram, başda  Məmməd Nazimoğluna.  Onun öyrətdiyi və göstərdiyi yolla getmək bizə daim başucalığı gətirdi.  Yaradan ruhunu şad etsin, ustad!

...Daim öyrənmək, öyrəndiklərimizi bölüşmək, doğruları mənimsəyib ötürmək, sizinlə vəhdətdə olmaq.

Davam edirik...


Elçin Cəlilov




























oxunma sayı: 775 | Paylaş: