')

Bu gün:


FutbolPress.Az | Ağasəlim Mircavadov: “Qarabağ” Çempionlar Liqasında oynayacaq gücdədi”

Ağasəlim Mircavadov: “Qarabağ” Çempionlar Liqasında oynayacaq gücdədi”


oxunma sayı: 646 Paylaş:

FutbolPressUEFA Avropa Liqasında ilk dövrənin oyunları sona çatdı. Birinci dövrədə “Qarabağ” uğurlu nəticə əldə etsə də, “Qəbələ”nin çıxışı o qədər də ürəkaçan olmadı.

Klublarımızın oyunu ilə bağlı mütəxəssis rəyi öyrənmək üçün əməkdar məşqçi Ağasəlim Mircavadovla əlaqə saxladıq.

O, “Qarabağ”ın qrupdan çıxma şansının yüksək olduğunu bildirdi: “PAOK üzərindəki qələbə “Qarabağ”ın növbəti mərhələ şanslarını xeyli artırdı. Amma bundan sonra qrupun taleyini həll edəcək qarşılaşma Salonikidə baş tutacaq. Əgər “Qarabağ” həmin oyunda uğurlu nəticə ədə edə bilsə, böyük ehtimalla qrupdan çıxacaq.  Çünki digər matçda “Fiorentina”nın “Slovan”la oyunda xal itirməsi inandırıcı deyil. Qrupun son oyununda isə, “Fiorentina” Bakıya hər şeyi həll etmiş komanda kimi, motivasiyasız gələcək. Bu da “Qarabağ”ın işini xeyli asanlaşdıracaq”.

Həmsöhbətimiz mövsümdən öncə də “Qarabağ”dan uğurlu çıxış gözlədiyini dilə gətirdi: “Qarabağ”dan yaxşı çıxış gözləyirdim. Bu komanda Çempionlar Liqasında oynayacaq gücdədi. Sadəcə Çexiya klubu (“Viktoriya” – red.) ilə Bakıdakı oyunda şanssızlıq yaşadı. Hesab 1:0 “Qarabağ”ın xeyrinə olanda komanda bir neçə real qol imkanından istifadə edə bilmədi. Əgər o, epizodlar qol olsaydı, bəlkə də, “Qarabağ” Çempionlar Liqasının qruplarına qədər irəliləyəcəkdi”.

Mütəxəssis  “Qəbələ”nin çıxışını da dəyərləndirdi. Bildirdi ki, “Sent-Etyen”lə oyunda komandanın xal qazana bilməməsinin səbəbi heyətdəki itkilər, hücum xəttindəki dişsizlik oldu. “Qəbələ” də yaxşı oynadı. Demək olmaz ki, “Sent-Etyen”in böyük ərazi üstünlüyü, ya da çoxlu qol imkanları var idi. Təəssüf ki, “Qəbələ”nin heyətlə bağlı problemləri istədiyi oyunu göstərməsinə imkan vermədi. Bilirsiz, komandanın gürcü yarımmüfafiəçisi (Nika Kvekveskiri - red.) uzun müddətdir ki, zədəlidi. Son turda isə əsas qol silahı Baqali Dabo ilə kapitan Rəşad Sadiqov da zədəlndi. Komanda hücumda istədiyi oyunu qura bilmirdi. Oyunçuların yoxluğu ələ düşən imkanlardan istifadə etməyə imkan vermədi. Bunlar hamısı komandanın məğlubiyyətinə gətirib çıxardı.”

Ağaslim Mircavadov qarşıdakı oyunlarda komandaların uğurlu çıxışının maliyə məsələləri baxımından da çox əhəmiyyətli olduğunu vurğuladı:” Qrupdan çıxmaq mümkün olmasa belə, xal qazanmaq, qələbəyə oynamaq önəmlidi. Çünki bilirsiz, UEFA hər heç-heçəyə, qələbəyə görə klublara müəyyən vəsait ayırır. Bu da daha yaxşı transferlər, komandaların maddi vəziyyətinin yaxşılaşması deməkdi ”.


oxunma sayı: 646 | Paylaş:




?>