')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" rəsmisi Cavid Hüseynov haqda: "Xəbərim yoxdu, amma bu, normal haldı"

"Qəbələ" rəsmisi Cavid Hüseynov haqda: "Xəbərim yoxdu, amma bu, normal haldı"


oxunma sayı: 803 Paylaş:

FutbolPress"Qəbələ"nin həbsdən yeni azad olmuş futbolçusu Cavid Hüseynovun komanda ilə məşqlərə başlaması haqda xəbərlər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

O, futbolçunun bugünkü məşqdə iştirakından xəbərsiz olduğunu bildirdi: "Bugünkü məşqi izləməmişəm. Ona görə də bilmirəm ki, Cavid Hüseynov orda iştirak edib, ya yox. Amma biz rəsmi olaraq Cavid Hüseynovun yenidən "Qəbələ"yə qoşulduğu barədə məlumat vermişdik. Futbolçunun məşqə çıxması isə normal haldı. Məşqsiz qalmayacaq ki..."

P.S.

Mətbuat katibinin məşqdə olmaması normal haldı, ancaq onun klubda baş verən proseslərdən xəbəri olmalıdı. Anar Hacıyevin  "Cavid Hüseynovun "Qəbələ"yə qoşulduğu barədə məlumat vermişdik" deməsi o demək deyil ki, biz futbolçunun bugünkü məşqə qoşulduğunu ehtimal nəzəriyyəsinə əsasən yazmalıydıq. Bu nə KİV qanunlarına uyğundu, nə jurnalist etikasına və s.

Digər tərəfdən, həbsdən azad edilən Cavid Hüseynovun komandaya qoşulması ayrı xəbərdi, komanda ilə məşqə qoşulması tam ayrı xəbər. Bu hadisələr arasında mahiyyət fərqi xeyli böyükdür.

"FutbolPress" "informasiya bazarlığı" olmasın deyə, belə məqamlarda dəqiqləşmələrin olmasının tərəfdarıdı. Biz xəbəri klubdan alıb, cəmiyyətə ötürürük. Burda boşluq olanda xəbərin "satılması", "ötürülməsi" prosesləri də baş verər, başqa qaydalara zidd nəsnələr də...


oxunma sayı: 803 | Paylaş:




?>