')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "O, elə futbolçudu ki, onu tərifləmək olmaz"

Qurban Qurbanov: "O, elə futbolçudu ki, onu tərifləmək olmaz"


oxunma sayı: 803 Paylaş:

FutbolPressTPL-in 8-ci turunun “Qarabağ” – “Sumqayıt” (3:0)  matçından sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis bunları deyib:

“Vacib 2 xal qazandıq. Qələbə bizim üçün çox lazım idi. O qədər də asan olmadı. Hər oyun bizə qarşı fərqli oyun stili nümayiş etdirirlər. Ümumən maraqlı oyun alındı. Çoxdandı fubolçular bir yerdə deyildilər. Bu baxımdan hansısa çatışmazlıqlar var idi. Amma yenə də pis alınmadı. Yaxşı epizodlarımız oldu. Baxmayaraq ki, qarşıda vacib oyunlarımız var, amma bütün fikrimizi bu oyuna yönəltmişdik. Həddindən artıq aktiv, diqqətli olmalıyıq məşqlərdə. Düzdü elə bir vaxtımız da yoxdu bunun üçün. Samir Abbasova da uğurlar arzulayıram. Hər oyun nəsə yenilik fikirləşir”

- Rəşad Sadıqovun durumu nə yerdədi? Bir də siz dediz çətin oyun oldu, amma Samir Abbasov deyirdi ki, "Qarabağ" sanki bu gün məşq edirdi...
- Mən sadəcə fikirlərimi bildirdim. Əvvəldən də açıqlama vermişdim ki, tam hazır deyilik bu oyuna. Çünki futbolçular çoxdandı bir yerdə deyildilər. Həm mənim üçün, həm futbolçular üçün çətin idi. Rəşada gəlincə, ağrıları var. Çox da ciddi deyil, ola bilər məşqlərə başlasın. Amma həkimlər diqqətli olmasını istəyir ki, zədə üstünə zədə gəlməsin.
        
- İlqar Qurbanovun bu günkü oyunundan razı qaldızmı?

- İlqar elə futbolçudu ki onu heç vaxt tərifləmək olmaz (gülür). Bu gün ona tapşırıqlarımızı verdik. Taktiki sxemə uyğun yaxşı oynadı. Əlavə bir tapşırıq vermədim. Ümumi razı qaldım. Amma sona kimi daha da diqqətli olmaq lazımdı.
 
- Elvin Yunuszadə olmadığı üçün yoxsa millidəki yaxşı çıxışına görə Maksim Medvedevi müdafiənin mərkəzində oynatdız?
- Elvinin temperaturu var. Digər tərəfdən, onsuz da onu əvəzedici heyətə göndərəcəkdim. Çünki son günlərdə intizamı pozmuşdu. Olsaydı da oynatmayacaqdım. Maksimin yığmada oynaması onu daha da təcrübəli edir. Qarşıdakı oyunlarda da müdafiənin mərkəzində oynaya bilər.

- Vüqar Nadirov son vaxtlar qollar vurur, yaxşı formadadı. Yenidən “Qarabağ”ın əsas komandasında oynamaq ehtimalı varmı?
- Bu günə kimi də meydanda olmuşdu. Həqiqətən də, o, çox ciddi çalışır. 2 oyundu ki meydanı qolsuz tərk etmir, İstəyini, çalışqanlığını göstərir. Qarşıdakı oyunlarda oynamaq ehtimalı çoxdur.


oxunma sayı: 803 | Paylaş:




?>