Bu gün:


FutbolPress.Az | Futzal Azərbaycanda yaranıb (?) (AÇIQLAMA)

Futzal Azərbaycanda yaranıb (?) (AÇIQLAMA)


oxunma sayı: 756 Paylaş:

FutbolPress“FutbolPress”in AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində  budəfəki mövusu ölkə futzalı idi. Layihə çərçivəsində dünyada futzalın yaranmasını araşdırıb, ortaya fərqli mənbələrdən məlumatları çıxardıq. Bu növün yaranması və təşəkkülü haqda, demək olar, tam təsvir yarada bildik.

Bundan başqa, Kolumbiyada keçirilən dünya çempionatında millinin iştirakı, futalçılarımızdan müsahibələr və s. də dərc edildi.

Layihə çərçivəsində növbəti söhbət açmaq istədiyimiz mövzu bir qədər qeyri-ənənəvidi.

AzTV-dən tanıdığımız Fikrət Adgözəllinin 90-cı illərin ortalarında və sonlarında xüsusən çox istifadə etdiyi “Futzal Azərbaycanda yaranıb” ifadəsinin dəqiqliyi, mənası, səbəbi haqda özüylə söhbətləşdik.

“O vaxt Әlәkbәr Mәmmәdov belә deyәrdi. Әllinci illәrdә ilk dәfә Bakıda oynanıb mini futbol. Sonra Moskvaya, bütün SSRİ-hә yayılmışdı. Daha sonra Amerika qitәsinә, Braziliyaya. Mәn baş açmıram, bu, necә olur, orda uşaq anasının qarnındaykәn futbol oynamağa başlayır. Nә bilim.. siz yenә bu mәsәlәni AFFA-dakı Abbas müәllimlә (Әzimov) dәqiqlәşdirin”.

Biz bunu Fikrət müəllimin aydınlaşdıracağına inanırdıq. Çünki ifadə məhz ona məxsusdur və demək olar, hər futzal şərhində bunu belə də deyərdi.

Görünür, o da həmin zamanlar hardansa bunu eşidib, onu da buna inandırıblarmış. Dolayısıyla etiraf edir.

“Mən yenə araşdırmalar aparacam. 1954-cü ildə ilk dəfə Bakıda mini futbol turniri keçirilib. Bunu Ələkbər müəllim deyirdi və o, iddia edirdi ki, bu növ ilk dəfə Azərbaycanda oynanıb, burda yaranıb. Bu haqda həmin dövrlərdə mini futbol oynamış adamlarla danışmaq lazımdır (Hərçənd, kimlərin həmin dövrdə mini futbol oynadığı məlum deyil. Yalnız Ələkbər Məmmədovu misal çəkir müsahibimiz, o da artıq rəhmətlikdir – red.)”.

Futzal və mini futbol ayrı növlərdir. Biz futzalın yaranma tarixi haqda araşdırmamızda bu məqama da toxunmuşduq. Əvvəlcə böyük futbolun meydan ölçüləri müəyyənləşmişdi. Sonra o ölçülərdən kiçik meydanlarda da hamıya əlverişli hala gətirilən bir oyun növü yarandı. Daha sonra qapalı meydan – zala salındı. Növə ad verildi – futzal  (Portuqalcadan: zal futbolu).

Bundan aydın olur ki, Fikrət müəllimin dediyi, iddia elədiyi növ futzal yox, kiçik ölçülərdə qurulan meydanda oynanan – mini futboldu. Bunlar fərqli məfhumlardı. Ancaq bu iddianın futzal şərhlərində işlədilməsi diqqətçəkən idi.

Elçin

Məqalə AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.


oxunma sayı: 756 | Paylaş: